28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: Məşəl proqramının Bakıdan keçəcək marşrutu açıqlandı

İyunun 2-də “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” birinci Avropa Oyunlarının Məşəl proqramının Bakıdan keçəcək marşrutu ictimaiyyətə açıqlanıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasından bəhs edən videoçarx nümayiş olunub.

Mötəbər yarışın başlanmasına 10 gün qaldığını bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizin “Bakı-2015”-ə tam hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, arenalar artıq yarışların keçirilməsi üçün hazır vəziyyətdədir. Yaxın günlərdə qonaqların qarşılanmasına başlanılacaq.

Nazir deyib: “Beş gündən sonra birinci Avropa Oyunlarının məşəli Bakıya gətiriləcək. Məşəl 150 nəfərlik nümayəndə heyətinin müşayiəti ilə paytaxtda nümayiş olunacaq. Məşəl proqramının Bakı marşrutuna iyunun 7-də start veriləcək və paytaxtımız bayram ab-havasına bürünəcək. Bütün paytaxt sakinlərini bu həyəcanın bir parçası olmağa çağırıram”.

Sonra “Bakı-2015” birinci Avropa Oyunlarının Məşəl estafetindən bəhs olunan videoçarx təqdim edilib.

“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq vurğulayıb ki, birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan qitə miqyaslı tədbirin təşkilatçısı kimi bütün imkanlara malikdir. İnsanların coşqu və enerjisi, birinci Avropa Oyunlarına olan istəkləri məşəl estafeti zamanı təşkil olunacaq şənliklərlə yadda qalacaq. Çox sevindirici haldır ki, paytaxt sakinləri də məşəl həyəcanını yaşamağa hazırlaşırlar.

Saymon Kleq qeyd edib ki, “Bakı-2015”-in başlanmasına artıq sayılı günlər qalıb. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları zamanı qitənin idman nəbzi ölkəmizdə atacaq. Bir neçə gün əvvəl Media kəndi istifadəyə verilib və artıq burada 50 mətbuat nümayəndəsi yerləşib. Mətbuat nümayəndələrinin ölkəmizə gəlməsi hələ də davam edir.

“Bakı-2015”-in mərasimlər üzrə şöbəsinin prodüseri Keyt Hinçlayf Məşəl proqramının Bakı marşrutu barədə məlumat verib. Bildirib ki, iyunun 7-də məşəl Bakıya gətiriləcək. Ertəsi gün birinci Avropa Oyunlarının təşkil olunacağı doqquz idman obyektindən keçəcək. İyunun 9-da isə İçərişəhərə səyahət edəcək. Bir gün sonra məşəl Bakının mədəniyyət və memarlıq obyektlərinə gətiriləcək. İyunun 11-də məşəl Qız Qalasında olacaq və ertəsi gün birinci Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna gətirilməzdən əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq.

Qeyd edək ki, birinci Avropa Oyunlarında qitənin 6 mindən çox idmançısı birincilik uğrunda mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31