24 Yanvar 2026, Şənbə
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”
"Sumqayıt"da ukraynalı müdafiəçi
"Neftçi" "Zirə" ilə heç-heçə etdi

Digər idman növləri

Millimizin baş məşqçisi: “Bakı-2015”ə hazırlığın son mərhələsindəyik”

“Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığın sonuncu mərhələsindəyik”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri qadınlardan ibarət güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterev deyib.

O bildirib ki, komandamız Bolqarıstan və Ukraynada təlim-məşq toplanışlarında iştirak edib. Güləşçilərimiz birinci Avropa Oyunlarına tam hazırdırlar. Komandamızda yaxşı güləşçilər var. Başda Mariya Stadnik olmaqla, Yuliya Ratkeviç, Nadya Sementsova, Nataliya Snişin ən təcrübəli güləşçilərimizdir. Onlardan “Bakı-2015”də uğurlu nəticələr gözləyirik. Heyətimizdə gənclər də var. Onlar ilk dəfədir ki, belə möhtəşəm yarışlarda çıxış edəcəklər. Buna baxmayaraq, gənclərdən də yaxşı nəticələr gözləyirik.

Birinci Avropa Oyunlarında güləşin hər üç növü üzrə yarışlar Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. İyunun 13-dən 18-dək ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31