Digər idman növləri
"Bakı-2015": Məşəl estafeti Sumqayıtda
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi qarış-qarış gəzməkdə davam edir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, çəşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.
İlk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılandı. Minlərlə sumqayıtlı şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini böyük sevinclə izləyib.
Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul edib. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.
Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verilib.
Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Avropa Oyunlarının məşəlinin qarşılanması mərasimindən aldığı xoş təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşən rayon sakini Türkan Hidayətova ürək sözlərini belə ifadə edib: “Sumqayıtın Avropa Oyunlarının məşəlinə qucaq açması yaddaşımızdan silinməyəcək. Belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Bu, hər ölkəyə nəsib olmur. Azərbaycan özünün inkişafı, qazandığı nailiyyətlər və idmançılarının uğurları sayəsində bu zirvəyə yüksəlib. İnanıram ki, idmançılarımız bu yarışlarda da qələbələr əldə etməklə bizi sevindirəcəklər”.
Məşəl estafetini izləyənlər arasında ağsaqqal Tamerlan Əzizov da vardı. Sevinc hissini paylaşan T.Əzizov deyib: “Nəhayət, Avropa Oyunlarının məşəli Sumqayıta da gəlib çatdı. Bu gün Sumqayıt qədim Atəşgah məbədindən alovlandırılan məşəlin işığına toplaşıb. Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da bayram əhval-ruhiyyəsi yaşanır. Belə bir möhtəşəm idman tədbirinə ilk dəfə Azərbaycanın ev sahibliyi etməsi dünyanın diqqətini ölkəmizə çəkəcək. Bakıya gələn hər kəs Azərbaycanın inkişafına, zəngin mədəniyyətinə şahidlik edəcək. Bu Oyunlar Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək”.
Rayon sakini Dilşad Mustafayeva isə sevinc hisslərini dilə gətirərək bildirib ki, Avropa Oyunlarının məşəlinin Odlar diyarının hər bir guşəsinə səfər etməsi xalqımızın bu möhtəşəm tədbirə necə ürəkaçıqlığı ilə hazırlaşmasından xəbər verir. O deyib: “Sumqayıtlılar bu günü bayram kimi qeyd edirlər. Biz ölkəmizin bu uğuruna görə Prezidentimizə minnətdarıq. Azərbaycan artıq beynəlxalq tədbirlərin ünvanına çevrilib. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu mənada təsadüfi deyil. Bu, ilk növbədə, sürətli sosial-iqtisadi inkişaf, əmin-amanlıq, möhkəm ictimai-siyasi sabitliklə sıx bağlıdır”.
Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salınıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
-
00:57
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
-
21:56
“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
-
17:54
Fransa klubunda 33 yaşlı baş məşqçi
-
17:42
Sergey Yuranın yeni iş yeri müəyyənləşdi
-
17:23
“Real” italiyalı futbolçu ilə danışıqlara başladı
-
16:35
“Roma”nın yarımmüdafiəçisi “Arsenal”ın hədəfində
-
16:17
"Gəncə" serb legionerlə gücləndi
-
16:00
Azərbaycan kanoeçisi Avropa çempionu olub
-
15:41
“Qəbələ”nin yetirməsi “Şahdağ Qusar”da
-
15:28
“Karvan-Yevlax” daha bir legionerlə vidalaşdı
-
14:52
“O, “Real”a heç 500 milyona avroya da getməyəcək”
-
14:16
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
-
13:34
DÇ-2026-da faciə: alman azarkeş vəfat etdi
-
13:09
Şahin Diniyev: “Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”
-
12:43
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq
-
12:15
“Şəfa”dan növbəti transfer
-
11:50
Bu “lənət” Argentinanın dünya çempionluğuna imkan verməyəcək
-
11:27
Cənubi Koreya millisi “ənənə”ni davam etdirdi
-
10:31
Oblak karyerasını İtaliyada davam etdirə bilər
-
09:48
Cənubi Koreya – Çexiya VİDEO
-
08:12
Cənubi Koreya - Çexiya matçının ən yaxşısı o seçildi
-
07:56
DÇ-2026: Cənubi Koreya millisindən əzmkar qələbə
-
01:24
Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu
-
01:03
DÇ-2026 start götürdü: 2 qol, 3 qırmızı vərəqə, Meksikanın qələbəsi
-
00:19
DÇ-2026: İlk qırmızı vərəqə göstərildi
-
23:58
Klublara lisenziyalar təqdim olunub
-
23:42
CAR millisinin baş məşqçisi dünya çempionatlarının tarixinə necə düşdü?
-
23:27
DÇ-2026-nın açılışı FOTOLENT
-
23:15
DÇ-2026-nın ilk qolu vuruldu
-
23:04
Meksika millisinin qapıçısı tarixə düşdü
-
21:23
“Sumqayıt”ın müdafiəçisi beynəlxalq turnirin qalibi oldu
-
20:00
“Lill”in vingeri Bakı klubunda
-
19:37
Qurban Qurbanovla görüşmək arzusunda olan azarkeşin istəyi reallaşdı
-
19:16
Amin Seydiyev “Zirə”yə keçdi
-
18:52
Millilərimizin rəqibləri müəyyənləşdi
-
18:09
"Qarabağ"ın İdarə Heyətinin iclası keçirilib
13.06.2026
12.06.2026
11.06.2026























