2 Iyun 2020, Çərşənbə axşamı
"Sabah"dan alqışlanası addım
I divizionun taleyi necə olacaq?
Krivotsyuk daha 1 il “Neftçi”də
Donald Gerye "Neftçi"dən ayrıldı

Digər idman növləri

“Bakı-2015”: Maltadan 59 idmançı mübarizə aparacaq

Malta “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın su polosu (13), atletika (35), badminton (2), velosiped (2), cüdo (2), atıcılıq (2) və triatlon (3) növləri üzrə mübarizə aparacaq 59 idmançı ilə təmsil olunacaq. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yarışlarda Malta nümayəndə heyətinə Dion Buhagiar başçılıq edəcək.

“Bakı-2015” Əməliyyat Komitəsi ilə ötən müddət ərzində sıx əlaqədə olduğunu bildirən Dion Buhagiar vurğulayıb ki, yarışların yüksək səviyyədə keçiriləcəyi artıq məlumdur. O deyib: “İlk Avropa Oyunlarının proqramına daxil edilmiş bəzi idman növlərinin “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat imkanı verməsi yarışların önəmini daha da artırır”.

“Bakı-2015”in su polosu yarışlarında Maltanı təmsil edəcək komandanın kapitanı Ben Plumpton bu ölkənin bayraqdarı seçilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30