20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

İsrail “Bakı-2015”də 6-9 qızıl medala ümid edir

“Bakı-2015” birinci Avropa Oyunlarının cüdo, gimnastika üzrə yarışları “Rio-2016” öncəsi əsl sınaqdır. Bu, Avropa və dünya çempionatlarında təcrübəsi olan, amma Olimpiya Oyunlarına bənzər yarışlarda iştiraka heç bir şansı olmayan idmançılar üçün əsl fürsətdir”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri İsrail Olimpiya Komitəsinin baş katibi Gili Lüstiq “Jerusalem Post” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, İsrail idmançıları “Bakı-2015”in başlanmasını səbirsizliklə gözləyirlər. İdmanın bəzi növləri “Rio-2016” Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edir. Digərləri isə reytinq xalları verir. “Bakı-2015” idmanın bir çox növləri üzrə dünya, yaxud Avropa çempionatlarından əvvəl güclü performans üçün imkan yaradacaq.

Gili Lüstiq qeyd edib ki, İsrail atletika yarışlarında əsas mükafat uğrunda mübarizə aparacaq. Bu yarışda ən yaxşı idmançılarımız, o cümlədən üçtəkanla tullanmada Hanna Knyazyeva-Minenko, nizə atmada Marqarita Dorozhon və 400 metr qaçış üzrə yarışlarda Donald Blair-Sanford iştirak edəcəklər. İsrail “Bakı-2015”də 6-9 qızıl medal qazanacağına ümid edir. Birinci Avropa Oyunlarında qələbə qazanacaq israilli idmançılara mükafatlar təyin olunub. Belə ki, qızıl medalın sahibi 7 min, ikinci yeri tutan idmançı 5 min, bürünc medal qazanan atletimiz isə 3,5 min avro məbləğində mükafat alacaq.

Cüdo və güləş yarışları Avropa çempionatları sayıldığından idmanın bu növləri üzrə qızıl medal sahiblərinə 9,3 min avro məbləğində mükafat veriləcək.

İsrail birinci Avropa Oyunlarında 142 idmançı ilə təmsil olunacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30