18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Azərbaycan gimnastları Dünya Kubokunda çıxış ediblər

Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan gimnastları Ayşən Bayramova və Zeynep Celep Özbəkistanın paytaxtında bədii gimnastika üzrə Dünya Kubokunda çıxış ediblər. Futbolxeber.az-ın məlumatına görə, Ayşən Bayramova gürzlərlə hərəkətlərdə finalın bir addımlığında dayanaraq, 9-cu pillədə qərarlaşıb. Çoxnövçülükdə isə o, 13-cü nəticəni göstərib.

Xatırladaq ki, Ayşən Bayramova üç həftə əvvəl karyerasının ilk ən vacib yarışı - Minskdə keçirilən Avropa çempionatında çoxnövçülükdə 16-cı yerə layiq görülüb.

Azərbaycanın qadın idman gimnastları isə Portuqaliyanın Anadiya şəhərində keçirilən “Challenge” seriyasından olan Dünya Kubokunda mübarizə aparıblar. Təmsilçilərimiz arasında ən yaxşı nəticəni Yuliya İnşina və Marina Nekrasova göstəriblər. Belə ki, onlar müvafiq olaraq gimnastika tiri və sərbəst hərəkətlərə görə 10-cu yerdə qərarlaşıblar.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30