20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

İtaliyanın idman portalı ilk Avropa Oyunlarından yazır

İtaliyanın “Generazione.web” portalında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məqalədə qeyd olunur ki, ilk Avropa Oyunlarının başlamasına artıq çox az vaxt qalıb. Bakıda yeni inşa edilmiş və yüksək standartlara cavab verən idman obyektlərində iyunun 12-dən 28-dək 49 ölkədən idmançılar mübarizə aparacaqlar. Köhnə qitənin idman tarixində bir ilk olan bu tədbir Avropa Olimpiya Komitəsinin (AOK) təşəbbüsüdür və bundan sonra dörd ildən bir təşkil olunacaq.

Məqalədə Bakıda ilk Avropa Oyunları üçün yaradılmış infrastrukturdan bəhs olunur. Bildirilir ki, 65 min yerlik Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı, “Baku Crystal Hall” və digər obyektlər yarışlar zamanı istifadə olunacaq. 57-ci “Eurovision” mahnı müsabiqəsinin təşkil olunduğu “Baku Crystal Hall”da voleybol yarışları keçiriləcək. Tədbirin açılış mərasimi isə Olimpiya Stadionunda təşkil olunacaq.

Müəllif məqalədə AOK-un prezidenti Patrik Hikkinin fikirlərinə də yer verib: “Olimpiya Stadionunda keçiriləcək tədbirləri böyük həyəcanla gözləyirəm. Bu obyektin yaxınlığında yerləşən Atletlər Kəndində idmançılar üçün hər cür şərait yaradılıb”.

Yazıda vurğulanır ki, italiyalı idmansevərlər “Bakı-2015”i “Sky Italia” və digər idman kanalları vasitəsilə izləyə biləcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30