29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Uruqvay mətbuatı “Bakı-2015”dən yazdı

Uruqvayın “Uypress” xəbər agentliyi “Azərbaycanın paytaxtı “Bakı-2015” birinci Avropa Oyunlarını qəbul edir” adlı məqalə yayıb. Futbolxeber.az-ın məlumatına görə, məqalədə bildirilir ki, iyunun 12-28-də Xəzər dənizinin sahilində, Avropanın və Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın sürətlə inkişaf edən paytaxtı Bakı şəhəri Avropadan 6000-dən çox idmançını qəbul etməyə hazırlaşır.

Müəllif Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, Oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verir.

Məqalədə son illərdə Azərbaycanda müşahidə olunan sürətli iqtisadi inkişaf da diqqətə çatdırılır. Bildirilir ki, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycanın payına düşür. Ölkədə böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ümumi daxili məhsul dəfələrlə artıb.

Yazıda, həmçinin Azərbaycanda tolerantlıq, dünyəvilik və müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunur.

Ölkələrimiz arasında münasibətlərdən bəhs edilən məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, həyata keçirilən qarşılıqlı səfərlərə də diqqət yetirilir.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31