26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Kiyevdə Ukrayna millisinin “Bakı-2015”ə təntənəli surətdə yola salınması mərasimi olub

Mayın 23-də kiyevlilər və Ukrayna paytaxtının qonaqları “Olimpiyski” Milli İdman Kompleksinə (MİK) toplaşıblar. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, burada, ölkənin əsas idman meydançasının qarşısındakı ərazidə Ukrayna milli yığma komandasının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yola salınması mərasimi keçirilib. Bayram tədbiri “Bakıda keçiriləcək birinci Avropa Oyunlarına gedən yolda” adlandırılıb və bütün dünyada, o cümlədən Ukraynada qeyd edilən Olimpiya Günü çərçivəsində keçirilib.

Bayramın rəsmi hissəsində “Bakı-2015” loqotipli improvizə olunmuş səhnədə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev çıxış edib. Diplomat mərasimin təşkilatçılarına və iştirakçılarına səfir Eynulla Mədətlinin səmimi salamlarını yetirərək qeyd edib ki, Bakıda Oyunlar Avropa və dünya olimpiya standartlarına uyğun ən yüksək səviyyədə keçiriləcək. O, Ukrayna atletlərinə uğurlar və rekordlar arzulayıb.

Sonra Ukrayna milli yığmasının ölkənin məşhur dizayneri Andre Tan tərəfindən işlənib hazırlanmış parad və idman formasının təqdimatı, habelə bayram konserti olub.

Konsert proqramı Ukraynanın Xalq Artisti Qurban Abbasovun rəhbərlik etdiyi “Azərbaycan” xoreoqrafiya ansamblının ifasında coşqun “Yallı” rəqsi ilə başlanıb. Tanınmış müğənni Q.Abbasov öz vizit kartı hesab etdiyi “Azərbaycan” mahnısını bu dəfə də tamaşaçılar qarşısında çox gözəl ifa edib.

Əyləncəli idman tədbiri çərçivəsində əsas hadisə - Bakı Oyunlarında iştirak edəcək Ukrayna milli yığmasının üzvü olan atletlərin və idman növlərinin təqdimatı, habelə Ukraynanın dövlət bayrağının ölkənin yığma komandasının nümayəndələrinə təqdim edilməsi mərasimi olub.

Xatırladırıq ki, “Bakı-2015” Oyunlarında Ukraynanı 243 atlet təmsil edəcək və onlar idmanın 19 növü üzrə yarışlarda mübarizə aparacaqlar.

Tədbirdə Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Ukrayna MOK-un prezidenti Sergey Bubka, Azərbaycan səfirliyinin əməkdaşları, Ukraynada fəaliyyət göstərən “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, sərbəst güləş üzrə Əməkdar İdman Ustası, Azərbaycanın Əməkdar Məşqçisi Oleq Krapivin, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) rəhbəri İlhamə Allahverdiyeva, Azərbaycan diaspor və gənclər təşkilatlarının digər rəhbərləri və fəalları iştirak ediblər.

“Olimpiyski” MİK-in qarşısındakı ərazidə UAGİ tərəfindən təşkil olunmuş Azərbaycan pavilyonları yerləşdirilib. Pavilyonlarda suvenirlər, Azərbaycan xalq sənəti məmulatları, xalçalar, Odlar Yurdu haqqında kitabçalar və bukletlər təqdim edilib, “Biz Azərbaycan haqqında nə bilirik?” viktorinası keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilati dəstəyi ilə “Bakıda keçiriləcək birinci Avropa Oyunlarına gedən yolda” tədbirində artistlərimizin iştirakı ilə konsert olub, Azərbaycan pavilyonları və stendlər təqdim edilib.

Bayram tədbiri Olimpiya qaçışı ilə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30