25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Lüksemburq “Bakı-2015”ə Olimpiya Oyunlarının iştirakçısı olmuş dörd idmançı göndərir

Lüksemburq ilk Avropa Oyunlarında iştirak edəcək ilkin heyəti açıqlayıb. On altı atletin daxil olduğu heyətdə Olimpiya Oyunlarının dörd iştirakçısı da var. Futbolxeber.az-ın məlumatına görə, “Bakı-2015”ə gələcək idmançılar arasında ən təcrübəlisi stolüstü tennis üzrə Olimpiya yarışlarında üç dəfə iştirak etmiş, iki dəfə dünya və üç dəfə Avropa çempionu olan Ni Xia Lianda yer alıb. Cüdoçu Mari Müller və bədii gimnast Saşa Palqen Olimpiya Oyunlarında bir və oxatan Jef Hekels isə iki dəfə iştirak edib.

Cenni Uorlinq 2015-ci ildə keçirilən karate üzrə Avropa çempionatında bürünc medal qazanıb. Qılıncoynadan Lis Fautş isə dünya çempionatlarında üç dəfə mübarizə aparıb.

Bakıya gələcək lüksemburqlu idmançılar oxatma, velosiped, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis və triatlon idman növlərində yarışacaqlar.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30