20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015”in beynəlxalq idman elçisi: “Avropa Oyunlarında qalib gəlmək istəyirəm”

“Biz əzmkarlıq, güc və sürət üzərində çalışırıq”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri birinci Avropa Oyunlarının beynəlxalq idman elçisi polşalı velosipedçi Maya Vloşçovska deyib.

Riyazi iqtisadiyyat üzrə magistr təhsili aldığını bildirən idmançı vurğulayıb ki, akademik və idman həyatını paralel aparmağı bacarır. Turnirlərdə fəal iştiraka 2003-cü ildə başlamışam. “Pekin-2008” Yay Olimpiya Oyunlarında gümüş, 2010-cu il dünya çempionatının qalibi olmuşam. “Bakı-2015” birinci Avropa Oyunlarında keçiriləcək dağ velosipedi yarışlarında da qalib gəlmək istəyirəm.

İdmanla ilk tanışlığı ilə bağlı suala Maya belə cavab verib: “Mən anamdan öyrənmişəm. Biz hər zaman boş vaxtımızı çox səmərəli keçirmişik. Yayda velosiped, qışda isə xizək sürərdik. Nə mənim, nə də anamın ağlına nə vaxtsa idmanla peşəkar məşğul olacağım gəlməzdi. Təhsil hər zaman mənim üçün çox vacib olub. 1996-cı və 1997-ci illərdə biz ailəmizlə birgə həvəskarlar üçün Ailə kuboku yarışlarında iştirak etdik. 1997-ci ildə isə mən milli final mərhələsində qələbə qazandım və məni “Sniejka Karpaç” idman klubuna məşqə dəvət etdilər. Mən çəkinirdim, amma bir çox insan məndən sadəcə cəhd etməyi istədilər. Mən ilk məşqə getdim və həmin gündən bəri hələ heç bir məşqi qaçırmamışam”.

Velosipedçi bildirib ki, ən yadda qalan yarışım 2011-ci ildə Şamperidə keçirilmiş dünya çempionatıdır. Mən yarışa az qalmış məşqçimi dəyişmişdim deyə üzərimdə çox böyük təzyiq var idi. Çox yaxşı formada idim. Yarışın ortasında velosipedimin təkəri partladı. Təkəri dəyişməyə görə 1,5 dəqiqə və 5 maneə itirdim. Lakin təslim olmadım. Böyük motivasiyaya sahib olaraq yarışa geri döndüm. Yarışda qalib olmadım, ancaq gümüş medal qazanaraq özümü qalib kimi hiss etdim.

“Yarışlardan əvvəl əməl etdiyiniz inanc və ya adət varmı” sualına idmançı cavabında deyib ki, elə böyük inanclarım yox, adətlərim var. Hər turnirdən əvvəlki axşam diqqətlə yarış keçiriləcək yer barədə videoya baxıram. Döngələrə, qayalara, nahamarlıqlara diqqət yetirirəm. Daha çox rahatlamaq üçün kiçik bir pivə də içirəm. Səhərlər isə yarışdan əvvəlki hər bir dəqiqəm səhər yeməyi, yığışmaq, məşq etmək üçün planlaşdırılmış olur ki, həyəcanlanmağa vaxt qalmasın. Həmçinin çox ağır yox, normal məşqlər edərək sevdiyim, məni həvəsləndirən mahnılara qulaq asıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30