Digər idman növləri
"Boks üzrə millimiz "Bakı-2015"ə ciddi hazırlaşır"
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Avropa Boks Konfederasiyasının və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının İcraiyyə komitələrinin üzvü Süleyman Mikayılovun müsahibəsi
- Süleyman müəllim, Azərbaycanda boksun inkişafı və hazırki durumu ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda boksun tarixi ənənələri var. Hazırda boks ölkəmizdə sürətlə inkişaf edir. Son 5 ildə çempionlarımızın, ikiqat dünya və Olimpiya mükafatçılarımızın sayı xeyli artıb. Sevindirici haldır ki, bu gün Azərbaycanda uğurlu nəticələrə nail olan bir çox boksçular var. Onların arasında dünya çempionu Cavid Çələbiyevin, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun və Avropa birincisi Teymur Məmmədovun adlarını çəkmək olar. Birinci Avropa Oyunlarından əvvəl bütün çəki dərəcələrində idmançılar arasında seçim döyüşləri keçiriləcək və milli komandanın tərkibi bunun əsasında formalaşdırılacaq. Medallara ümidlərimiz çox böyükdür.
- Bakıda keçiriləcək birinci Avropa Oyunlarına Azərbaycan Boks Federasiyasının hazırlığı barədə nə deyə bilərsiniz? İdmançılarımızın hazırlığı nə səviyyədədir və qarşıya qoyulan hədəflər nələrdir?
- Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir vətəndaş kimi, mənə də sonsuz qürur verir. Həqiqətən də gənc müstəqil dövlətimizin Avropanın tarixində ilk dəfə keçiriləcək bu Oyunlara ev sahibliyi etmək hüququna nail olması fərəhləndirici hadisədir. Azərbaycan bu Oyunların standartlarını müəyyən edir.
Birinci Avropa Oyunlarının proqramına boksun daxil edilməsi təsdiqləndikdən sonra Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi altında məşqçi heyəti ilə birlikdə yarışlara hazırlıq planı müəyyənləşdirildi. Son bir ildə komandanın məşqçilər heyətində dəyişiklik edilib. Milli komandanın sükanı arxasına dünya şöhrətli məşqçi, kubalı Pedro Rok Otano gətirilib. O, əvvəllər ABŞ-ın gənclərdən ibarət milli komandasının baş məşqçisi olub. Onun rəhbərliyi ilə boks üzrə milli komandamız birinci Avropa Oyunlarına ciddi hazırlaşır. Hazırda Meksikada təlim-məşq toplanışında olan millimiz orada Pan-Amerika Oyunlarına hazırlaşan dünyanın ən güclü idmançıları ilə birlikdə məşqləri davam etdirir. Mayın sonunda Vətənə qayıdacaq idmançılarımızın arasından ən güclüləri seçilərək birinci Avropa Oyunlarında iştirak hüququ qazanacaqlar.
- Ümumilikdə birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu Oyunların Azərbaycan idmanının inkişafına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə töhfəsi barədə nə deyə bilərsiniz?
- Azərbaycan Avropanın idman tarixində bir ilkə imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir, mühüm uğurlar qazanır. Məhz buna görə də birinci Avropa Oyunlarına ev sahibliyi barədə səsvermə keçirilərkən qitə ölkələrinin əksəriyyəti Azərbaycana səs verdilər. Bu, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.
Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən, müasirləşən respublika, eyni zamanda, güclü idman ölkəsi kimi tanınır. Bunu Azərbaycana səfərləri zamanı ölkəmizin, o cümlədən bölgələrimizin inkişafını və insanların yaşayış səviyyəsinin yüksək olduğunu görən qonaqlar da təsdiqləyirlər.
Azərbaycanda boks idmanının inkişafı Kəmaləddin Heydərovun federasiya prezidenti seçilməsindən sonra daha da sürətlənib. Boksun inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin idmanın digər növləri kimi, bu sahənin də inkişafına göstərdiyi diqqət və qayğı mühüm rol oynayıb.
Birinci Avropa Oyunları Azərbaycanda idmanın inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir. Azərbaycan atletlərinin idmanın 20 növü üzrə uğurla çıxış edərək 50 ölkə arasında ilk sıralarda qərarlaşması ölkəmizdə həmin sahələrin daha sürətli inkişafına təkan verəcək. Yeni tikilən, eləcə də təmir olunan, ən müasir standartlara cavab verən idman obyektləri, stadionlar Oyunlardan sonra idmanın kütləviliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edəcək.
Proqnoz verməyə gəldikdə, demək istərdim ki, birinci Avropa Oyunlarında idmançılarımızın ən azı 12 qızıl medal qazanaraq Azərbaycanın himnini səsləndirəcəklərinə və bayrağımızı dalğalandıracaqlarına inanıram. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin, xüsusən idmanın inkişafı bunu əminliklə söyləməyə imkan verir. Azərbaycan boks, cüdo, karate, güləş və digər növlər üzrə dünyada ön sıralardadır. Azərbaycan idmançıları ümumi komanda hesabında ilk beşliyə düşmək iqtidarındadır.
- Bu yaxınlarda Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin üzvü seçilmisiniz. Bu münasibətlə sizi təbrik edirəm. Bunun Azərbaycan boksunun inkişafına və beynəlxalq boks turnirlərinin ölkəmizdə keçirilməsinə töhfəsi barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Mən 10 ildir Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvüyəm. Ötən ilin noyabrında Koreya Respublikasında keçirilən seçkilərdə AİBA-nın İcraiyyə Komitəsinə bir daha üzv seçildim. Beynəlxalq idman qurumunun prezidenti Çinq Ko Vu tərəfindən büro üzvü təyin olundum. Prezidentdən sonra 4 büro üzvü var ki, onlardan biri də mənəm. Bu yaxınlarda İtaliyanın Assisi şəhərində Avropa Boks Konfederasiyasının (EBCU) da seçkiləri keçirildi və mən birbaşa üzv seçildim. Bir həftə sonra EBCU prezidenti tərəfindən də büro üzvü təyin olundum. Bu, Azərbaycanda idmanın, xüsusən də boksun sürətli inkişafına verilən qiymətdir.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dünya idman ictimaiyyətinin, eləcə də beynəlxalq boks qurumlarının ölkəmizə etimadı Azərbaycan dövlətinin idmana, o cümlədən boksa olan yüksək diqqət və qayğısının nümunəsidir. Biz də əlimizdən gələni edirik ki, idmanın, boksun inkişafına öz töhfələrimizi verək.
- Azərbaycan Boks Federasiyasının gələcək planları və qarşıdan gələn turnirlər barədə nə deyə bilərsiniz?
- Noyabrda Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı keçiriləcək. Birinci Avropa Oyunlarından sonra bu yarışa hazırlaşacağıq. Daha sonra Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına qatılmaq üçün lisenziya turnirlərində iştirak edəcəyik. Hədəfimiz Olimpiya Oyunlarında tam heyətlə (10 kişi, 3 qadın idmançı) iştirak etməkdir. Əsas məqsədimiz bütün çəki dərəcələri üzrə lisenziyaları qazanmaqdır. Hədəfimiz birinci Avropa Oyunlarında, dünya birinciliyində və “Rio-2016”da mükafatçılar sırasında yer almaqdır. Sevindirici haldır ki, lisenziya xarakterli yarış 2016-cı ilin iyununda Bakıda təşkil olunacaq. Bu qərar Koreya Respublikasında keçirilən AİBA-nın seçkiləri zamanı təsdiq edilib. Bu da idmançılarımız üçün əlavə şansdır. Yəqin ki, son lisenziyalarımızı da bu turnirdə qazanacağıq.
Yaxın günlərdə Azərbaycan Boks Federasiyasının göz oxşayan, müasir, ən yüksək standartlara cavab verən binası istifadəyə veriləcək. Qeyd etmək istərdim ki, dünyanın heç bir ölkəsində federasiyaların belə bir binası yoxdur. Bu kompleks yüksək səviyyəli otelləri, idman zalları, məşq üçün hər cür şəraiti ilə boksçulara nümunəvi xidmət təqdim edəcək.
- Süleyman müəllim, qadın boksçularımızın hazırlığı və vəziyyəti barədə də fikirlərinizi bilmək bizim üçün maraqlı olardı.
- Azərbaycanda qadın boksu son bir neçə ildir yaranmağa başlayıb. Lakin buna baxmayaraq, yaxşı mütəxəssislərimiz və idmançılarımız var. Komandada yerli idmançılarla yanaşı, legioner boksçular da çıxış edirlər. Yarandığı qısa vaxta baxmayaraq, komandada dünya ikincisi və üçüncüsü, Avropa çempionu olan idmançılar var. Bu gün qadın idmançılar arasında milli komandaya düşmək uğrunda ciddi rəqabət gedir. Bilirsiniz ki, qadın boksu yalnız üç çəki dərəcəsində yarışlarda təmsil olunur. Qadın boksçularımızın da hədəfi tam heyətlə Olimpiya Oyunlarında iştirak etməkdir.
Mən qarşıdakı yarışlarda bütün idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, idmançılarımız bayrağımızı daim ən yüksək zirvələrdə dalğalandıracaq, dövlət himnimizi səsləndirəcəklər.
Mənbə: azertag.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO