16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Bakı-2015”in məşəli Ağdaşa gətirildi

Mayın 22-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında məşəli məşqçi-müəllim Rüstəm Şamilov qəbul edib. O, bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək deyib: “Birinci Avropa Oyunlarının məşəlini Ağdaşda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizdə fərəh hissi oyadır”.

Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəliblər.

Rayonun fəal gənclərindən biri, tələbə Səbinə Əlipaşayeva səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Məşəldən götürülmüş alovla yandırılan “Bakı-2015”-in çırağı rayon ictimaiyyətinə təqdim edilib. Boks üzrə üçqat Azərbaycan çempionu Rüfət Nəbiyev tərəfindən yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verilib.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Məşəli qarşılayanlar arasında olan Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev bu əlamətdar hadisədən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu gün həqiqətən də qürurverici anlar yaşayırıq. Hesab edirəm ki, bu möhtəşəm tədbir ölkəmizin dünyaya daha geniş tanıdılması işinə əvəzsiz töhfə verəcək. İnanıram ki, belə möhtəşəm tədbirlər tezliklə doğma Qarabağımızda da təşkil ediləcək”.

Ağdaş şəhər 7 saylı tam orta məktəbin müəllimi Leyla Bayramova isə deyib: “Gənc müstəqil ölkə olan Azərbaycan hər sahədə, o cümlədən idman sahəsində sürətlə inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda üçrəngli bayrağımızı dalğalandırır, Vətənə medallar gətirir, Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, dövlətimizin başçısının apardığı siyasət nəticəsində mümkün olub. Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30