29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015” Mingəçevirdə bilet satışı məntəqəsi açıb

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi mayın 22-də Mingəçevir şəhərində Avropa Oyunları məşəlinin şəhərdə qarşılanması ilə eyni gündə bilet satışı məntəqəsini açıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Mingəçevir bu yay keçiriləcək Oyunlar zamanı avarçəkmə idman növü üzrə yarışlara ev sahibliyi edəcək.

Mingəçevir sakinləri “Bakı 2015”-in iyunun 14-16-da keçiriləcək avarçəkmə yarışları üçün biletləri Mingəçevir Dövlət Dram Teatrının kassasından ala biləcəklər.

“Bakı 2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Yeni açılmış kassa Mingəçevir sakinlərinə iyunda keçiriləcək dünya səviyyəli avarçəkmə yarışlarına bilet almağa imkan verəcək. Şəhərdə xüsusi bilet satışı məntəqəsinin olması birinci Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədimizdən irəli gəlir. Beləliklə, onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.

Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1 AZN-dən 3 AZN-dək, final oyunları üçün isə 1 - 5 manat müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaq.

Mingəçevir Dövlət Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31