17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Bakı-2015” çərçivəsində “Street Athletics” turniri keçiriləcək

Birinci Avropa Oyunları çərçivəsində iyunun 24-25-də Bakıdakı Fəvvarələr meydanında şüvüllə və hündürlüyə tullanma üzrə “Street Athletics” turniri keçiriləcək. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, turnirin idman direktoru Ukraynanın şüvüllə tullanma üzrə keçmiş idmançısı, 2000-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı Yelena Qovorovadır.

Bakıya Rafael Xoltsdeppe (Almaniya), Aleksandr Qripiç (Rusiya), Stiven Lyuis (Böyük Britaniya), hündürlüyə tullanma üzrə dünya və Avropa çempionu Boqdan Bondarenko, 2014-cü il Avropa çempionatının gümüş mükafatçısı Andrey Protsenko (hər ikisi Ukraynadandır) və başqaları gələcəklər.

Y.Qovorova qeyd edib ki, yarışların birinci günü qadınlar və kişilər arasında şüvüllə tullanma yarışları keçiriləcək. İyunun 25-də meydança hündürlüyə tullanma üzrə keçiriləcək yarış iştirakçılarının ixtiyarına veriləcək. Bu yarışlarda yalnız kişilər iştirak edəcəklər.

İdman direktoru deyib ki, hazırda yarışların promokampaniyası, açılış konsepsiyası və başqa məsələlərlə məşğuldur. O, əminliklə bildirib ki, turnir yüksək səviyyədə keçəcək və belə yarışların yeni həvəskarları meydana çıxacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30