19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

"Əminik ki, “Bakı-2015” bütün Avropa üçün çox uğurlu idman tədbiri olacaq"

Malta Milli Olimpiya Komitəsinin (MMOK) prezidenti Julian Pace Bonello Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinin suallarını cavablandırıb. Həminmüsahibəni təqdim edirik:

- Bildiyiniz kimi, ilk Avropa Oyunlarına bir aydan da az vaxt qalıb. Bakının ev sahibliyi edəcəyi bu tarixi idman tədbiri ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Hesab edirəm ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə seçilməsi köhnə qitənin idman aləmi üçün önəmli hadisədir. Avropa Olimpiya Komitəsi (AOK) ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili, uzun müddət yaddaşlarda qalacaq bir idman bayramı olması və qürurla xatırlanacaq hadisəyə çevrilməsi üçün bütün zəruri amilləri nəzərə alaraq bunları reallaşdıra biləcək güclü bir təşkilatçı ölkə seçib. Bu, mühüm qərardır. Köhnə qitənin idman yarışlarının təşkili hamımızın çoxdankı arzusu idi. Azərbaycan ilə AOK-un sayəsində bu arzu artıq reallığa çevrilir.

- “Bakı-2015”də iştirak edəcək Malta yığmasının hazırlığı hansı səviyyədədir? Atletləriniz idmanın hansı növləri üzrə mübarizə aparacaqlar?

- MMOK “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançıların hazırlığı ilə bağlı ciddi tədbirlər həyata keçirməkdədir. Bu yarışlarda Maltanı Dion Buhagiarın başçılığı ilə təxminən 80 nəfərdən ibarət geniş nümayəndə heyəti təmsil edəcək. İdmançılarımız idmanın əksər növləri üzrə ölkəmizi layiqincə təmsil etmək istiqamətində səylə çalışırlar və bu yarışlarda iştirak hüququ əldə etmək üçün bütün güclərini səfərbər edirlər. İdmançılarımız əsasən atletika, su polosu, badminton, velosiped, cudo, atıcılıq, üzgüçülük və triatlon yarışlarında qüvvələrini sınayacaqlar. Ölkəmizi “Bakı-2015”də təmsil edəcək idmançıların əksəriyyəti müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş atletlərdir. AOK və Azərbaycan tərəfindən ilk Avropa Oyunlarının böyük uğurla keçirilməsi üçün göstərilən səylər bizi də bu yarışlara ciddi hazırlaşmağa həvəsləndirir. Bu idman tədbirinə Yay Olimpiya Oyunları səviyyəsində hazırlaşırıq.

- Azərbaycanın ev sahibi ölkə kimi ilk Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?

- Mən Azərbaycana ötən ilin noyabrında AOK-un Baş Assambleyasına qatılmaq üçün səfər etdim. Bakıda yaradılan infrastruktur, ilk Avropa Oyunları üçün hazırlanmış idman obyektləri bizdə böyük təəssürat yaratdı. Əminik ki, “Bakı-2015” bütün Avropa üçün çox uğurlu bir idman tədbiri olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30