18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Bakı-2015”in məşəli Ucarda alovlandırıldı

Azərbaycanı qarış-qarış gəzən “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 21-də Ucara gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məşəl şəhərin Koroğlu və Oğuz küçələrinin kəsişdiyi yerdə, Oyunların rəmzi qapısında qarşılandı və rayon sakini, ziyalı Tağı Məmmədov tərəfindən qəbul edilib.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Koroğlu küçəsi və Heydər Əliyev prospektindən keçməklə Ulu Öndərin adını daşıyan Mərkəzin qarşısındakı meydana gəliblər.

Məşqçi-müəllim Seymur Quliyev meydanda qurulan səhnəyə qalxaraq məşəli alovlandırıb.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq şahmatın rapid (sürətli) növü üzrə Avropa yarışlarının bürünc medalçısı, bu il İranda keçirilən şahmat üzrə beynəlxalq yarışlarda qızlar arasında birinci yerin qalibi Süsən Məmmədovaya verilib. S.Məmmədova isə çırağı birinci Avropa Oyunları başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin Ucara gətirilməsi ilə əlaqədar rayon sakini, ziyalı Alı Babayev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu mərasim Ucarın tarixində çox mühüm bir hadisədir. Müqəddəs Atəşgahda alovlandırılan məşəlin ölkəmizi qarış-qarış gəzməsi hər şeydən əvvəl “Bakı-2015” ilk Avropa Oyunlarının möhtəşəmliyindən xəbər verir. Fəxr edirik ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda bu cür beynəlxalq tədbirə ev sahibliyi edir. Əlbəttə, Avropa Olimpiya Komitəsinin üzvü olan ölkələrin böyük əksəriyyətinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə səs verməsi heç də təsadüfi deyil. Bu, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi və xarici siyasət strategiyasının məntiqi nəticəsidir.”

Məşəl estafetini izləyən rayon sakini, həkim Səidə Ələkbərova isə deyib: “Məşəlin qarşılanma mərasimi biz ucarlılara da qismət oldu. “Bakı-2015” ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbirin doğma Azərbaycanımızda keçirilməsi, əlbəttə, ölkəmizin nüfuzundan irəli gəlir. Bu nüfuz isə heç də asanlıqla qazanılmır. Dünyanın iqtisadi böhran məngənəsi altında sıxıldığı bir zamanda Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədəki uğurları, tolerantlıq, sabitlik məhz həyata keçirilən siyasətin nəticələridir. Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu cür beynəlxalq tədbirlər hələ çox olacaq”.

Tədbirdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısında Ucardan Göyçaya yola salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30