24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

İlham Əliyev Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib. Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Qeyd edilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. İnşası “Azvirt” MMC tərəfindən aparılan yolun birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. Burada işlər yüksək səviyyədə həyata keçirilib. Çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.

Son illərdə Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm tədbirlər reallaşdırılır. Onların arasında paytaxtda və regionlarda inşa olunan çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərini göstərmək olar. Mühüm məqam isə ondan ibarətdir ki, bu ilin iyununda Bakıda ilk Avropa Oyunları keçiriləcək. Oyunların başlamasına az vaxt qalmasına baxmayaraq, bu beynəlxalq idman tədbirinə hazırlıq davam edir. Bu çərçivədə paytaxtda bir sıra infrastruktur layihələri icra olunub, yeni idman qurğuları tikilib. Bundan əlavə, şəhər infrastrukturunun ilk Avropa Oyunlarına hazırlığı da diqqət mərkəzindədir. Paytaxtın mərkəzi küçə və xiyabanlarında abadlıq işləri aparılıb və bu proses indi də davam etdirilir. İdman obyektlərinə aparan yolların yenidən qurulması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq xeyli iş görülüb.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış olub. Bildirilib ki, ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər.

Qeyd edək ki, Olimpiya Stadionunun ətrafında 82 min kvadratmetrlik ərazidə geniş yaşıllıq sahəsi salınıb. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30