19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Hazar World” jurnalı “Bakı-2015”dən yazdı

Mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) Türkiyədə türk, ingilis və rus dillərində nəşr etdirdiyi və Xəzər regionu üçün əhəmiyyətli mövzuları, məlumatları oxucuların diqqətinə çatdıran “Hazar World” jurnalının may nömrəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs olunur. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, jurnalda dərc edilən “Bakı-ilk Avropa Oyunlarına geriyə sayım başladı” sərlövhəli məqalədə bu mötəbər idman yarışı barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi ilə başlayan qitə miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmə ənənəsi bu il ilk dəfə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ilə davam edir. Məlumat verilir ki, mart və aprel aylarında keçirilən hazırlıq yarışları ilə Oyunların təşkil ediləcəyi idman obyektlərinin hamısı hazır vəziyyətə gətirilib. İyunun 12-də başlayacaq və 17 gün davam edəcək “Bakı-2015”də 50 Avropa ölkəsindən 6 mindən artıq idmançı ümumilikdə 20 idman növü üzrə yarışacaq.

Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə də yer verilir: “Bakı-2015” birinci Avropa Oyunları qitə miqyaslı idman yarışı olmasına baxmayaraq, biz bu Oyunları beynəlxalq səviyyədə təşkil etməliyik və buna hazırıq”.

Yazıda qeyd edilir ki, birinci Avropa Oyunları Azərbaycanın nəinki qitədə, o cümlədən bütün dünyada tanıdılması üçün olduqca əhəmiyyətlidir. Oyunların televiziya ilə dünya miqyasında yayımlanması ilə yanaşı, minlərlə əcnəbinin Bakıya tamaşaçı olaraq getməsi də Azərbaycanın tanıdılmasına öz töhfəsini verəcək.

Məqalədə Avropa Oyunlarının 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Romada təşkil edilən Baş Assambleyasında ilk dəfə Bakıda keçirilməsi haqqında qərarının qəbul olunduğu barədə məlumat verilir. Həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi rəmzləri - ceyran və nar haqqında da söhbət açılır.

10 min nüsxə tirajla nəşr olunan “Hazar World” jurnalının Azərbaycana 1000-dən çox nüsxəsi göndərilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30