25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Azərbaycan təmsilçiləri Klublararası Avropa çempionatına hazırlaşır

Otüstü xokkey üzrə Azərbaycan komandaları Klublararası Avropa çempionatına hazırlaşır. Bu haqda Futbolxeber.az saytına Azərbaycan Otüstü Xokkey Federasiyasının meneceri Solmaz Paşayeva məlumat verib. O bildirib ki, yarışlarda Azərbaycanı 3 klub təmsil edəcək. Komandalar qarşıdakı yarışa çox ciddi şəkildə hazırlaşırlar.

Qadınlardan ibarət “Atasport” klubu “EuroHockey Club Champions Trophy”dəki oyunlarını Belarus paytaxtında keçirəcək. Minskdə Adil Paşayevin yetirmələri 21-24 may tarixlərində 4 oyuna çıxacaq. “B” qrupunda yer alan komandamız “Pembroke Wanderers” (İrlandiya), “MSC Sumchanka” (Ukrayna) və “Royal Wellington THC” (Belçika) ilə üz-üzə gələcək. “A” qrupunda isə Almaniya, İspaniya, Rusiya və Belarus təmsilçiləri üz-üzə gələcəklər. “Atasport”un Minskdəki dördüncü rəqibi qrupdakı nəticələrə əsasən müəyyənləşəcək.

Solmaz Paşayevanın sözlərinə görə, kişilərdən ibarət “Atasport” komandası 22-25 may tarixlərində Dublində meydana çıxacaq. İrlandiya paytaxtında baş tutacaq “EuroHockey Club Champions Trophy”də Zahid Əlinin yetirmələri “SK Slavia Praha” (Çexiya), “Whitchurch HC” (Uels) və “S.G. Amsicora” (İtaliya) kollektivləri ilə qarşılaşacaq. Digər qrupda isə Belarus, Ukrayna, İrlandiya və Şotlandiya komandaları gücünü sınayacaq.

Federasiya rəsmisi əlavə edib ki, həmin günlərdə kişilərdən ibarət digər Azərbaycan təmsilçisi “Akkord” İsveçrənin Vettingen şəhərində “EuroHockey Club Champions Challenge I” turnirində mübarizə aparacaq. “Akkord” “Navax AHTC” (Avstriya), “HAHK Mladost” (Xorvatiya) və “Ganziatep Polis Gucu SK” (Türkiyə) kollektivləri ilə gücünü sınayacaq. Qrup oyunlarından sonra “Akkord”un dördüncü görüşdə Çexiya, Uels, yoxsa 2 İsveçrə təmsilçisindən biri ilə qarşılaşacağı müəyyənləşəcək.

Xatırladaq ki, 1998-ci ildən qitə yarışlarında iştirak edən qadınlardan ibarət komandamız 1999 və 2003-cü illərdə “Challenger”, 2004-cü ildə isə “Trophy” kubokunu qazanıb. 2005-ci ildə Avropa Çempionları kubokunun finalında Hollandiyanın “Hertogenbosch” klubuna uduzaraq ikinci yeri tutan təmsilçimiz, 2009-cu ildə də Avropa Çempionları Kubokunun bürünc medalına sahib çıxıb.

Kişilərdən ibarət Azərbaycan klubları isə qitə səhnəsindəki çıxışına 2007-ci ildən başlayıb. “Challenger I”, “Challenger II” və “Challenger III”də inamlı təsir bağışlayan “Atasport”, artıq Azərbaycanı “Trophy” kubokunda təmsil edir. “Challenger IV” turnirindən mübarizəyə qoşulan “Akkord” isə bu dəfə “Challenger I”də çıxış etmək hüququ qazanıb.

Əlavə edək ki, kişilərdən ibarət “Atasport” klubunun qazanacağı reytinq xalları, Avropanın 24 ən güclü klubunun yarışacağı Avroliqada iştirak etməyə imkan yaradacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30