28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Samux birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Mayın 16-da “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında sərbəst güləş üzrə Azərbaycan çempionu Anar Cəlilov məşəli qəbul edib. Azərbaycan çempionu bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək deyib: “Birinci Avropa Oyunlarının məşəlini Samuxda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizin qəlbini fərəh hissi ilə doldurur”.

On məşəlçi Oyunların rəmzi qapısından yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək Heydər Əliyev parkının qarşısına gəliblər. Buraya toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.

Sonra kikboksinq üzrə dördqat dünya çempionu Elnur Salamov səhnədə birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. “Bakı-2015”in çırağı yandırılaraq, Oyunlar başa çatanadək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Tarixi ana şahidlik edən rayon ağsaqqallar şurasının sədri Həmzə Həmzəyev bu əlamətdar hadisədən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün həqiqətən çox sevindirici və qürurverici anlar yaşayırıq. Ölkəmizin belə nüfuzlu tədbirə ev sahibliyi etməsi böyük sevincimizə səbəb olub. Hesab edirəm ki, belə möhtəşəm tədbir ölkəmizin tarixində növbəti bir şərəfli səhifə açacaq. Azərbaycan vətəndaşı olaraq bu tarixi hadisəyə sevinir və şərəf duyuram”.

Samuxlu gənc Aygün Həsənzadə isə sevincini belə ifadə edib: “Əgər əvvəllər əsas məqsəd Azərbaycan idmançılarının beynəlxalq yarışlarda medal qazanması idisə, indi bu hədəf möhtəşəm yarışlara ev sahibliyi etməkdir. Bu, dövlətimizin başçısının apardığı siyasət nəticəsində mümkün olub. Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31