20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fazil Mustafa: “Ermənistan “Bakı-2015” kimi mötəbər yarışı heç vaxt keçirə bilməz”

“Bakı-2015” I Avropa Oyunları yalnız idman tədbiri kimi qəbul oluna bilməz. İdman, siyasətin içindədir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

ATV telekanalında yayımlanan “Bakı 2015” proqramında qonaq olan Fazil Mustafa qeyd edib ki, Cənubi Qafqazda bu cür mötəbər turniri yalnız Azərbaycan keçirə bilər: “Ermənistan heç vaxt bu maştabda tədbiri keçirə bilməz. Ən azı yaxın 20 ildə. Eləcə də Gürcüstan. Regionda lider olmaq üçün bütün sahələri götürmək lazımdı. İstər musiqi olsun, istər ədəbiyyat, istərsə də idman. İdmanda kütləvilik daha çoxdur. Mən “Bakı-2015”ə ölkəmizdə idmanın inkişafı baxımdan böyük hadisə kimi baxıram. Çünki Avropa Oyunlarından sonra yaradılan yüksəksəviyyəli infrastuktur Azərbaycan xalqına qalacaq”.

Millət vəkili “Bakı-2015”də hansı idman növlərində yarışları canlı olaraq izləyəcəyi barədə sualı da cavablandırıb: “Avropa Oyunlarında futbol olmadığı üçün ilk öncə çimərlik futboluna tamaşa edəcəyəm. Məni eləcə də cüdo və güləş yarışlarında da görə bilərsiz”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30