20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”in idman elçisi: “Yarışlarda himnimizin səsləndirilməsi və bayrağımızın ucaldılması məni xoşbəxt edir”

“İdman yarışlarında himnimizin səsləndirilməsi və bayrağımızın ucaldılması məni xoşbəxt edir”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi, basketbol 3x3 üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev deyib.

Basketbolçu ardıcıl iki dəfə Avropa inkişaf kuboku yarışlarında qalib gəlməsini ən böyük nailiyyəti olduğunu bildirib. Açıq havada oynanıldığı üçün basketbolun 3x3-ün çətinliyi hava şəraitindən asılıdır. Azərbaycan çempionatında “Gəncə” komandasının tərkibində Bakı Dövlət Universitetinin kollektivi ilə görüş mənim üçün unudulmazdır. Çünki həmin oyunda 144 xallıq nəticə ilə Azərbaycanın basketbol tarixinə düşdüm.

İdman aləmində əfsanəvi basketbolçu Maykl Cordanın azarkeşi olduğunu diqqətə çatdıran Amil Həmzəyev “Əgər peşəkar idmançı olmasaydın, nə ilə məşğul olardın?” sualına cavabında deyib: “Yəqin ki, Dəniz Akademiyasını bitirib hansısa gəminin kapitanı olardım”.

Birinci Avropa Oyunlarında doğma azarkeşlər qarşısında çıxış edəcəyi üçün həyəcanlı olduğunu deyən basketbolçu “Bakı-2015”ə ciddi hazırlaşdığını diqqətə çatdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30