29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Coe Coys: “İlk Avropa Oyunlarında mükafatçılar sırasında yer almaq istəyirəm”

“Bakı-2015” ilk Avropa Oyunlarının iştirakçısı olmaq çox qürurvericidir. İyunda bütün dünyanın diqqəti Bakıya yönələcək. Birinci Avropa Oyunlarında uğurla çıxış edib mükafatçılar sırasında yer almaq istəyirəm”. Futbolxeber.az-ın  “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri Böyük Britaniyanı ilk Avropa Oyunlarının boks yarışlarında 91 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil edəcək Coe Coys deyib.

Boksçu qeyd edib ki, “Rio-2016” Yay Olimpiya Oyunlarından əvvəl “Bakı-2015” çox önəmli yarışdır. Olimpiya Oyunlarına gedən yolda “Bakı-2015”i təsnifat xarakteri kimi də dəyərləndirmək olar. Bakıda qazanacağımız nailiyyətlər Braziliyada təşkil olunacaq planetin ən böyük idman yarışına əzmlə hazırlaşmağımıza təkan verəcək.

İlk Avropa Oyunlarında güclü rəqiblərlə üz-üzə gələcəyini bildirən Coe Coys yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyini diqqətə çatdırıb.

Britaniyalı atletlər “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın 13 növü üzrə medallar uğrunda mübarizə aparacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31