29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”in yeni bilet satışı məntəqəsi istifadəyə verilib

Mayın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının yeni bilet satışı məntəqəsi istifadəyə verilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, iyunun 12-də start götürəcək ilk Avropa Oyunlarına maraq böyük olduğu üçün son həftələrdə biletlərə tələbat da xeyli artıb.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tamaşaçılara biletləri yalnız Oyunların veb-səhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı ilə bağlı deyib: “Əsas məqsədimiz ilk Avropa Oyunlarına gələn hər kəsin buradan xoş təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də biz bilet alan hər kəsə belə bir mesajla müraciət edirik ki, biletlərini yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrindən, yaxud “baku2015.com” veb-səhifəmiz vasitəsilə alsınlar”.

Tofiq Bəhramov adına Respublika stadionundakı yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci mərkəzdir. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Bilet satış məntəqələrinin yerləri, arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ barədə informasiyanı Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsindən, yaxud “Bakı-2015” veb-səhifəsindən almaq olar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31