19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Tale Heydərov “Bakı-2015”dən danışdı

“Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin Avropa ailəsində yüksək etimad qazandığını göstərir”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “Oxford University Press” nəşriyyatının Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı keçirilən təqdimat mərasimində deyib.

Azərbaycanın Avropa ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan T.Heydərov birinci Avropa Oyunlarının keçirilməsinin məsuliyyətinin qitənin idman elitası tərəfindən Azərbaycan dövlətinə həvalə olunmasını Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropa ailəsində qazandığı yüksək etimadın nəticəsi kimi qiymətləndirib. TEAS-ın sədri əlavə edib ki, bu qərar, həmçinin Azərbaycanın idman ölkəsi kimi yüksək statusa malik olmasının təzahürüdür. T.Heydərov vurğulayıb ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həm də Azərbaycanın Avropa ilə əlaqələrinin uğurla inkişaf etdiyini göstərir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30