19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək

“Bakı-2015” mayın 17-də nəqliyyatın ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlığını sınaqdan keçirəcək. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri saat 08:00-dan 14:00-dək davam edəcək. Tədbir zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayının artacağı gözlənilir. Buna səbəb iyunun 12-də start götürəcək birinci Avropa Oyunları üçün “Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan keçirməkdir.

“Bakı-2015” ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsinə zəng etməklə, Nəqliyyat Nazirliyi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin internet səhifələrindən, radio, sayt və “Facebook” səhifəsi də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etmək olar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30