25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”in məşəli Naftalanda

Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Goranboydan sonra kurortlar şəhəri Naftalana gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, özünün müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərinin sakinləri yol boyu düzülərək, ilk Avropa Oyunlarının məşəl estafetini böyük coşqu ilə qarşılayıblar.

Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tural Məmmədov Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Dörd kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar şəhər sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev parkına gəliblər.

Naftalan uşaq gənclər idman məktəbinin məşqçi-müəllimi Fuad Əliyev burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırıb. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Naftalanda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30