29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fərid Mansurov: “I Avropa Oyunları böyük imtahan və məsuliyyətdir”

“Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözlərin müəllifi olimpiya çempionu Fərid Mansurovdur.

O, Publika.az-a açıqlamasında I Avropa Oyunlarının idmançılarımız üçün xüsusi önəm daşıdığını vurğulayıb: “Cənab Prezident İlham Əliyev idmana böyük qayğı göstərir. Oyunların Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Qitənin ilk oyunlarında iştirak edəcək bütün idmançıları şanslı hesab edirəm. Artıq belə bir mötəbər turnirdə iştirakın özü böyük bir şərəfdir. İdmançılarımızdan əsl qəhrəmanlıq nümunəsi gözləyirik. 12-28 iyunda bütün dünyanın gözü Azərbaycanda olacaq.

Azərbaycanda gələcək nəslin sağlam, vətənpərvər, güclü olması üçün görülən işlər yüksək sürətlə davam etdirilir. Bu gün hər birimiz Azərbaycan vətəndaşı olmaqdan qürur duyuruq.

Əminik ki, doğma divarlar arasında, ev sahibliyi etdiyimiz İlk Avropa Oyunlarında pəhləvanlarımız xalqımıza sevinc bəxş edəcəklər. Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq. Ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq. Azərbaycan 24 ildir müstəqillik dövrünə qədəm qoyub. Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq. İlk Avropa Oyunları Azərbaycanın bütün dünyada nüfuzunu artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə də şərait yaradacaq. Müasir standartlarla inşa edilən idman obyektlərindən xalqımız istifadə edəcək.

Prezident çox gözəl qeyd edib ki, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq”.

Həmçinin Bakı 2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) üzvü olan olimpiya çempionu təşkilatçılıq işlərindən də danışıb: “İlk Avropa Oyunlarının Bakıda təşkili qarşımızda böyük imtahan və məsuliyyətdir. İnfrastruktur layihələrinin təhvil verilməsinə az qalıb. Bizdən tələb olunan odur ki, idmançılar yaxşı hazırlaşsınlar. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili vacibdir. Bu mərasimlərin daha yaddaqalan olması üçün Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Təşkilati baxımdan bütün işlər qaydasındadır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31