19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Bakı Olimpiya Stadionu havadan, sudan və qurudan mühafizə ediləcək

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı görülən işlərdən danışıb. Futbolxeber.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, E.Mirzəyev FHN qüvvələrinin mayın 9-da Bakı Olimpiya Stadionunda keçirilən sınaq mərhələsində uğurla iştirak etdiyini deyib: "Bizim canlı qüvvələrimiz və texnikamız da sınaq tədbirində iştirak etdi və qarşıya qoyulan məqsədə nail oldu".

Nazir müavini əlavə edib ki, yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion hərtərəfli mühafizə olunacaq: "Fövqəladə Hallar Nazirliyi idman obyektlərinin mühafizəsi ilə bağlı artıq gücləndirilmiş iş rejiminə keçib. Yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi idman obyekti həm havadan, həm qurudan, həm də sudan - Böyükşor gölü istiqamətindən mühafizə olunacaq. Nazirliyin 2 helikopteri də bu işə cəlb edilib və havadan nəzarəti həyata keçirəcək".

E.Mirzəyev qeyd edib ki, FHN digər nazirliklərlə birgə qarşılıqlı əlaqənin qurulmasında və təkmilləşdirilməsində iştirak edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30