30 Mart 2024, Şənbə
"Qalatasaray" "Qarabağ"ı təbrik etdi
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
Bojoviç: "Bəxtimiz gətirdi"
XXXI və XXXII turun oyun cədvəlləri

Digər idman növləri

Avropa Oyunları vaxtı təhlükəsizliyi 24 min polis qoruyacaq

Birinci Avropa Oyunları müddətində asayişin təmin olunmasına 24 min polis əməkdaşının cəlb edilməsi planlaşdırılır. Futbolxeber.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib.

Nazir müavini əlavə edib ki, nazirlik 2014-cü il dekabrından etibarən istifadəyə verilən və tikilməkdə olan idman arenalarının mühafizəsinə başlayıb: “İdman arenaları istifadəyə verildikcə, biz həmin arenaların necə mühafizə olunması ilə bağlı təlimlər keçirmişik. Hər bir əməkdaşa fərdi qaydada qarşısında duran vəzifələr izah olunub və yoxlanılıb. Martda daxili işlər nazirinin əmri ilə Avropa Oyunları ilə bağlı qərargah yaradılıb və idmançıların qalacağı ərazilərdə 15 köməkçi qərargah təşkil edilib. Bu qərargahların hər birinə peşəkar hazırlığa malik olan təcrübəli şəxslər rəhbər təyin olunub. Aprelin 29-da isə nazirin şəxsən iştirakı ilə hazırlıq təlimləri bir daha yoxlanılıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31