23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Prezident Avropa Oyunları Parkının açılışında

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Avropa Oyunları Parkının açılışında iştirak ediblər. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə və xanımına məlumat verib ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda görülən işlərlə tanış olublar.

Sonra dövlət başçısı və xanımı parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30