19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycanın səfiri “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı Fransa radiosuna müsahibə verib

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu ölkənin idman sahəsində ixtisaslaşmış yerli “ L’Equipe 21 “ radiosuna “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı müsahibə verib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, müsahibə zamanı aparıcılar dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyini, idmanın 20 növü üzrə yarışlarda 49 ölkədən 6 min idmançının iştirak edəcəyini bildiriblər.

Səfir E.Əmirbəyov müsahibəsində Azərbaycanın ilk Avropa Oyunlarına tam hazır olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ölkəmizin iqtisadi inkişafını nəzərə alaraq Avropa Olimpiada Komitəsinin 2012-ci ildə Romada keçirilən iclasında bu tədbirin 2015-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Vaxtın az olmasına baxmayaraq ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri görülüb, gənc və dünyəvi dövlət olan Azərbaycanın paytaxtı Bakıda müasir üslubda tikilən yeni stadion idmançıları qəbul etməyə hazırdır.

Xalqların biri-birinə yaxınlaşmasında, dostluq, həmrəyilik və qardaşlıq əlaqələrinin möhkəmlənməsində idmanın xüsusi rolunu qeyd edən diplomat ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib, Azərbaycanın mühüm beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi sahəsində əldə etdiyi təcrübədən danışıb. Bildirib ki, yaxın vaxtlarda Bakıda üçüncü Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək, bu möhtəşəm tədbirdə müxtəlif qitələrin tanınmış ictimai-siyasi xadimləri, hökumət rəhbərləri və alimlər iştirak edəcəklər.

Elçin Əmirbəyov ilk Avropa Oyunlarının qədim İpək yolu üzərində yerləşən Azərbaycanın tarixini, zəngin mədəni dəyərlərini tanıtmaq baxımından rolunu qeyd edib, yeni stadionun Avropada analoqu olmadığını bildirib.

Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin inkişaf etdiyini xatırladan səfir hər iki ölkənin idmançıları arasında vaxtaşırı görüşlər keçirildiyini, Fransanın ilk Avropa Oyunlarında çoxlu sayda idmançı ilə təmsil olunduğunu diqqətə çatdırıb.

Avropa Oyunlarından sonra 2017-ci ildə Azərbaycanda ilk İslam Həmrəylik Oyunlarının keçiriləcəyini vurğulayan diplomat Azərbaycanın Asiya ilə Qərbi birləşdirən strateji məkanda yerləşməsinin buna imkan verdiyini qeyd edib.

Səfir ərazilərimizin 20 faizinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi həyatı yaşadığını da diqqətə çatdırıb.

O, ilk Avropa Oyunlarının xalqlar arasında qardaşlıq, dostluq və həmrəylik əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30