25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Praqada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil olunub

Çexiyanın paytaxtı Praqada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri təşkil olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Çexiya-Azərbaycan İctimai Birliyinin təşkilatçılığı (Česko-Ázerbájdžánský Spolek, ČAS) və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə keçirilən turnirdə hər iki ölkənin həvəskar şahmatçıları iştirak ediblər.

Turnir qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilib. Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev qaliblərə hədiyyə və sertifikatlar təqdim edib.

Turnir qalibləri qarşısında çıxış edən səfir F.Şəfiyev ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında söz açıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini xatırladıb. Eyni zamanda, səfir Azərbaycanın şahmat ənənələri, ölkəmizin şahmat idman növündə əldə etdiyi nailiyyətlər barədə danışıb.

F.Şəfiyev hər bir iştirakçıya təşəkkürünü bildirib və belə şahmat turnirlərinin növbəti illərdə də ənənəvi şəkildə keçiriləcəyinə əminliyini bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30