28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Digər idman növləri

Hacı İbrahim Nehrəmli: “Çempion olan məşqçini niyə işdən çıxaraq ki?”

“Əvvəldən də demişdim ki, ya birinci olacağıq, ya da olmayacağıq. İndi artıq avrokuboklar haqda düşünürük”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri futzal üzrə ölkə çempionu adını qazanan “Xəzər adaları”nın prezidenti Hacı İbrahim Nehrəmli deyib.

Tanınmış iş adamı növbəti hədəflərinin Avropada uğur qazanmaq olduğunu bildirib: “Hədəfimiz gələn il UEFA kubokunu qazanmaqdı. İnanıram ki, buna nail olacağıq. Yaxşı oyunçularla güclənməliyik. İşimizi düzgün qurmal və qələbə qazanmalıyıq. Kuboku qazanacağımıza inanıram”.

Hacı İbrahim Nehrəmli heyətdə baş verəcək dəyişikliklər haqda söyləyib: “Gələnlər də olacaq, gedənlər də. Bura qədər gəldik. Amma indi daha da irıəli getməliyik. Avropada biabır ola bilmərik. Heyət güclənməlidir. Oktyabrda daha güclü oyunçular transfer edəcəyik. Başladığımız işdə hər zaman birinci olmaq üçün çalışırıq”.

Klub prezidenti baş məşqçi məsələsinə də toxunub: “Baş məşqçi vəzifəsində qalır. Çempion olan məşqçini niyə işdən çıxaraq ki? Elnur Qəmbərov komandanı bura kimi gətirib. Bundan sonra da yolumuza onunla davam edəcəyik. Məşqçimiz gözəl insandı. Axıra kimi bizimlədi. Uefa kubokunu qazanana kimi yanımdadı”.

Hacı İbrahim Nehrəmli klub büdcəsinin artılacağını qeyd edib: “Buna kimi büdcəmiz 1 milyonm idi. Bundan sonra büdcəni 3 milyona qədər qaldıracağıq. Nə qədər pul qoysaq, bu, ölkəmizin adı, imicidir”.

“Xəzər adaları”nın prezidenti “Xəzər adaları”nın “Elit raund”u müvəffəqiyyətlə adlayacağı halda, “Dördlər finalı”nın Bakıda keçirilmə ehtimalına da toxunub: “Bu haqda düşünürəm. İlk mərhələləri xaricdə keçirəcəyik. Amma növbəti mərhələlərdən biri Bakıda olacaq”.

Sonda isə Hacı İbrahim Nehrəmli klubdakı maliyyə problemlərinə toxunub: “Bu gün bütün dünyada maliyyə problemi olur. Bizdə də kiçik sıxıntılar var idi. Amma həll edirik. Problemsiz həyat maraqsız olur. 1 milyonluq büdcəmiz var. Bunun 900 minini vermişik. Yalnız 100 min də axsamışıq. Bir aylıq maaşları qalıb. Onu da qarşıdakı günlərdə verəcəyik. Artıq klubun yeni büdcəsi təsdiqlənib”.

 

 

 

   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31