24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

"Bakı-2015"in məşəli Ağcabədidə

Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Ağcabədi olub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu gün 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi keçirilib.

Ağcabədililərin alqış sədaları altında Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlanıb. Üzeyir Hacıbəyov və Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən sevinc və hərarətlə qarşılanıb. Sonuncu yürüşçü - rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırıb. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim edib. Çıraq Birinci Avropa Oyunlarının sonunadək rayonda qalacaq.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş olunub.

Yürüşdə iştirak edən sonuncu məşəlçi Eldəniz Qənbərov təəssüratlarını “Azərtac”ın müxbiri ilə bölüşərək deyib: “Çox həyəcanlıyam. Məşəli alovlandırmaq mənə nəsib olduğu üçün sevincimin həddi-hüdudu yoxdur. Birinci Avropa oyunlarında Azərbaycan idmançılarına uğurlar arzulayıram. Qoy yarışlarda üç rəngli, ay-uldurlu bayrağımız ucalsın, dövlət himnimiz səslənsin”.

Məşəl estafetini qarşılayan rayon sakini Mais İbrahimov qürurverici anlarını belə ifadə edib: “Fotoqraf kimi indiyədək çox tədbirlərdə olmuşam. Bu günkü coşqunu, insanların fərəh və sevincini sözlə ifadə etmək çətindir. Məşəl estafetinin şahidi olduğum, bu tarixi anları kadrlarlara köçürdüyüm üçün özümü xoşbəxt sanıram”.

Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbinin müəllimi Xanım Əliyeva isə deyib: “Bu gün rayonumuz fərəhli günlər yaşayır. Birinci Avropa Oyunlarının məşəli artıq bizim rayondadır. Bu günün sevincini yaşamaq üçün müəllim yoldaşlarım və şagirdlərimlə gəlmişəm. İnanıram ki, Alov estafeti, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin vətənpərvəlik hislərini daha da artıracaq və onların yaddaşlarında uzun müddət qalacaq”.

Ağcabədi şəhər sakini Tofiq Zeynalov fikirlərini belə ifadə edib: “Son zamanlar Ağcabədi rayonunda bir çox tədbirlər, musiqi festifalları və müsabiqələr, təntənəli mərasimlər keçirilir. Ancaq belə möhtəşəm tədbirin ilk dəfədir ki, şahidi oluram. Ölkə başçısının və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısı bir ziyalı kimi məni çox sevindirir. Birinci Avropa Oyunları sayəsində dünya əhalisi ökəmizi daha yaxından tanıyacaq. Bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov cəbhə bölgəsində yerləşən Ağdam rayonuna yola salınıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30