18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Heç “Tur de Frans”da komandalar Azərbaycandakı kimi gözəl otellərdə qalmırlar”

“İlk öncə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkür edirəm. Ölkəniz böyük bir yarışı çox yüksək səviyyədə təşkil etdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov deyib.

O, Bakının I Avropa Oyunlarını keçirməyə tam hazır olduğunu söyləyib:“Baki 2015” öncəsi bu çox yaxşı sınaq idi. Çox maraqlı mərhələyə şahidlik etdik. Görürəm ki, hamı bu yarışa artıq hazırdır. Əsas odur ki, Azərbaycanın çox gözəl komandası var. Onlar nəticə qazanmaq üçün çox səylə çalışırdılar. Bu, böyük zəhmətin bəhrəsidir. Əminəm ki, biz bu turu gələcəkdə dünyanın ən baxımlı yarışları arasında görəcəyik. “Synergy Baku”nun üzvləri artıq bir çox mötəbər yarışlarda iştirak edirlər.

Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer isə fikirlərini belə ifadə edib: “İlk öncə Sahib Ələkbərov başda olmaqla, yarışın Təşkilat Komitəsinə təşəkkür edirəm. Bu, sayca 4-cü yarışdı. Hər il turnirin səviyyəsi daha da artır. Azərbaycan da yarışın təşkili üçün bütün şərait var. Gözəl yollar, otellər. Heç “Tur de Frans”da komandalar Azərbaycandakı kimi gözəl otellərdə qalmırlar. Mühafizə sistemi də əla təşkil olunub. Buna görə də Azərbaycan polisinə də minnətdarlıq edirdik. Avropa oyunları üçün bu mərhələ ideal marşrutdu. Məndə olan məlumnata görə, I Avropa Oyunlarında ən güclü idmançılar Azərbaycana gələcəklər. Gələn il “Tour d’Azerbaidjan-2015"in kiçik yubileyidir. Yarışın 5 illiyi olacaq. Əminəm ki, 2016-cı ildə ölkəniz bu yarışı indikindən də yüksək səviyyədə keçirəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30