18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Sahib Ələkbərov: “Tour d’Azerbaidjan-2015" göstərdi ki, Azərbaycanda yüksək səviyyyəli yarışlar keçirilir”

“Yarış hamı üçün çox maraqlı idi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Mətbuat nümayəndələrinə də minnətdarlıq etmək istərdim. Çünki "Tour d’Azerbaidjan-2015" çox gözəl işıqlandırıldı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, “Tour d’Azerbaidjan-2015"in Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.

Sahib Ələkbərov Bakının I Avropa Oyunları üçün tam hazır olduğunu bildirib: “Yarış gərgin mübarizə şəraitində keçdi. Canlı olaraq hər 5 yarışı izləmək imkanı qazandıq. Hər şey göz qabağında idi. Düşünürəm ki, yarış yaxşı alındı. Çalışırdıq ki, qonaqlar bizdən razı qalsınlar. Hələ ki şikayət edən olmayıb. Əsas məqsədlərimizdən biri Azərbaycanı tanıtmaq idi. Avropa Oyunları haqda hər gün müsbət fikirlər eşidirik. “Tour d’Azerbaidjan-2015" göstərdi ki, Azərbaycanda yüksək səviyyyəli yarışlar keçirilir. Azərbaycan Avropa oyunları üçün tam hazırdı”. 

Federasiya rəsmisi “Bakı-2015” I Avropa Oyunlarında da uğur qazanmaq üçün çalışacaqlarını vurğulayıb: “Ölkə başçısı İlham Əliyev idmanın bütün idman növlərinə böyük diqqət göstərir. Bu diqqəti nəzərə alaraq, biz daim ən yaxşı nəticələr əldə etməyə çalışmalıyıq. Bir işə başlayanda çalışıram ki, ya uğur qazanım, ya da həmin işi görməyək. Elə “Bakı-2015” I Avropa Oyunlarında da uğur qazanmaq istəyirik. Bilirəm ki, yarışda çox güclü idmançılar mübarizə aparacaq. Lakin biz təkcə yarışı yüksək səviyyədə keçirməklə kifayətlənməməli, həm də uğur qazanmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30