19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

"Tour d’Azerbaidjan-2015" Avropa Oyunları üçün də yaxşı hazırlıq idi”

“Çox çətin və gərgin mərhələ idi. Bir qədər külək də var idi. Qələbə qazanmağıma nə kömək etdi? Bu 5 gün ərzində özümü yaxşı hiss edirdim. Bu gün bütün gücümü ortaya qoydum. Yekunda da istəyimə çatdım”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Tour d’Azerbaidjan-2015"in sonuncu – beşinci mərhələsinin qalibi rusiyalı Sergey Firsanov deyib.

Fərdi mübarizədə qalib olan “Adrian Mobayl” komandasının üzvü Primoj Roqlits qələbəsini belə şərh edib: “Bu tək mənim yox, bütün komandamın qələbəsidir. “Adrian Mobayl” bu il 50 illik yubileyi qeyd edir. Bu qələbəni də elə komandanın yubileyinə həsr edirəm. Komandamın sayəsində həm qalib oldum, həm də liderliyimi qorudum”.

"Tour d’Azerbaidjan-2015"in ən yaxşı sprinteri adını qazanan, “Adrian Mobayl” komandasınpn digər üzvü Marko Kump isə fikirlərini belə ifadə edib: “Ikinci mərhələdən sonra komandanın məqsədi dəyişdi. Əsas məsələ Primojun qələbəsini təmin etmək idi. Mən də bu məqsəd uğrunda çalışırdım. Yaşıl köynəyi saxlamaq çətin idi. Amma mən bacardığım qədər çox xal qazanmaq istəyirdim. Sonda da yaşıl köynəyi götürdüm. Müəyyən qədər də bəxtim gətirdi”.

Yarışın dağ kralı tituluna sahib çıxan “Synergy Baku”nun üzvü Aleksand Surutkoviç isə bunları söyləyib: “Tək dağ yarışında lider deyiləm. Mənim təcrübəm var. Bu yarışda daha əvvəl də mübarizə aparmışam. Küləklə də mübarizə aparmaq olursan. Bütün bunlar istəyimə çatmağımda rol oynadı”.

Surutkoviçin komanda yoldaşı, "Tour d’Azerbaidjan-2015"in ən yaxşı azərbaycanlı idmançısı Maksim Averin seçilib. Averin qazandığı uğur barədə deyib: “Təbii ki, bu çətin mərhələ idi. Öz mövqeyimi qorumaq üçün çalışırdım. Buna da müvəffəq oldum. Yekun nəticəyə görə çox sevinirəm”.

Mətbuat konfransının sonunda isə söz “Dukla”nın üzvü, ən yaxşı gənc idmançı adını qazanan Frantişeka Sisraya verilib: “3 mərhələdə 10 ən yaxşı velosipedçi sırasında idim. Bu, yaxşı nəticədir. Ümid edirdim ki, mərhələnin qalibi də olacağam. Amma alınmadı. Hesab edirəm ki, bu uğurun sayəsində gələn il daha güclü komandaya keçə bilərəm”.

“Synergy Baku”nun üzvləri - Maksim Averin və Aleksand Surutkoviç komandalarınn qalib olmaları haqda da fikirlərini açıqlayıblar: “Biz keçən il də yaxşı nəticə göstərə bilərdik. Bilirdik ki, potensialımız var. Qış aylarında çox yaxşı hazırlıq keçdik. Gördüyünüz kimi, nəticə də qazandıq. Bizi dəstəkləyən hər kəsə, sponsorlarımıza minnətdarlıq edirik. Bu, həm də Avropa Oyunları üçün də yaxşı hazırlıq idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30