19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

"Bakı-2015"in məşəli Xocavənddə

Avropa Oyunlarının məşəli Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsinə gətirilib. Futbolxeber.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, minlərlə məcburi köçkün əllərində gül-çiçək və bayraqlar “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, məşəl estafetinin sevincini yaşamaq üçün qəsəbənin küçələrinə axışıb.

Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında 320 ailəlik qəsəbədə xocavəndli məcburi köçkünlər tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılanıb. Alov estafetini Xocavənd rayonundan olan məşəlçi - sambo, döyüş sambosu, əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov qəbul edib. Sonra 3,2 kilometr məsafədə məşəl yürüşü başlanıb. On nəfər idmançı məşəli bir-birinə ötürərək qəsəbədəki Dövlət Bayrağı meydanına gəlib. Yol boyu düzülən xocavəndlilər məşəl estafeti iştirakçılarını hərarətlə qarşılayıblar.

Alov estafetinin sonuncu iştirakçısı - qarışıq döyüş növləri və döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov məşəli səhnəyə qaldırıb. Minlərlə xocavəndlinin alqış sədaları göyə ucalıb. Səmaya sülh göyərçinləri və şarlar buraxılıb. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim edib. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq. Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30