20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Bakı-2015"də 96 karateçi yarışacaq

“Bakı-2015” birinci Avropa Oyunlarının karate yarışlarında iştirak edəcək idmançıların tam siyahısı açıqlanıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, kişilər və qadınlar arasında kumite yarışlarının hər biri üzrə beş çəki dərəcəsində mübarizə ilə yanaşı, fərdi kata çıxışları da keçiriləcək.

Karate yarışları “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının ilk günlərində - iyunun 13-14-də təşkil olunacaq. Hər yarış günü 6 medal dəsti uğrunda mübarizə aparılacaq.

“Bakı-2015” ilk Avropa Oyunlarının karate yarışlarında qitənin ən güclü 96 idmançısı mübarizə aparacaq. Azərbaycan təşkilatçı ölkə kimi bütün çəkilərdə təmsil olunsa da, milli komandamızın üzvlərindən Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və Tural Balcanlı (kata) martda İstanbulda keçirilən Avropa çempionatında birinci Avropa Oyunlarına vəsiqəni təmin ediblər. Digər karateçilər 50-ci Avropa çempionatının ilk altılığına düşənlər və Avropa Karate Federasiyası tərəfindən təyin edilən, yəni siyahıda qeyd olunan sonuncu idmançılardır.

Yarışda digər çəkilər üzrə Azərbaycanı qadın idmançılardan Ədilə Qurbanova (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska ( 68 kq), Aytən Səmədli (68 kq-dan yuxarı), kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Şahin Atamov (84 kq-dan yuxarı ) təmsil edəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30