20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

İtaliyalı Olimpiya çempionu “Bakı-2015”in növbəti idman elçisi seçilib

Atıcılıq üzrə italiyalı Olimpiya çempionu Nikola Kampriani “Bakı-2015” ilk Avropa Oyunlarının növbəti idman elçisi seçilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, “London-2012” Olimpiya Oyunlarında atıcılıq üzrə ilk yarışda 2 Olimpiya rekorduna imza atan, ikinci yarışda isə Olimpiya rekordunu təkrarlayan idmançı bir qızıl və bir gümüş medal qazanaraq yüksək nəticə göstərib. “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu seçimi yüksək qiymətləndirib: “İlk Avropa Oyunlarının başlanmasına 36 gün qaldığı bir vaxtda Nikola Kamprianinin idman elçiləri sırasına daxil olması coşğunu daha da artırır. Nikola Olimpiya çempionu tituluna sahib idmançıdır və biz beynəlxalq idman elçilərimizin sırasına dünyanın daha bir güclü idmançısını əlavə etməkdən çox məmnunuq”.

N.Kampriani isə “Bakı-2015”in idman elçisi seçilməsi ilə bağlı təəssüratlarını bölüşərək deyib: “İlk Avropa Oyunlarının idman elçisi seçildiyim üçün çox şadam. Qitənin aparıcı idmançıları ilə bir sırada yer almaq mənə qürur hissi verir. Dünyanın müxtəlif yerlərində bu yarışların təbliği istiqamətində töhfə verməyə hazıram”.

İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo N.Kamprianinin “Bakı-2015”in elçi proqramı üçün mükəmməl seçim olduğunu bildirib: “İlk Avropa Oyunlarına gedən yolda uğura nail olmaq üçün onun həmçinin İtaliya yığması adından da əlindən gələni edəcəyinə şübhəm yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30