29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Averin: “Hədəfimizə çatdıq”

“Sprint mərhələsi gözlənilən idi. Məsafə sonda daralmağa başladı. Son mərhələ gərgin keçdi. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, mənim önə keçməyim üçün hər cür şərait yaratdılar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Tour d’Azerbaidjan-2015"in ilk mərhələsinin qalibi, Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kump deyib.

İkinci yeri tutan “Androni Giocattoli”ni təmsil edən italiyalı Françesko Kikki isə təəssüratlarını belə bölüşüb: “Mən də komanda üzvlərimə minnətdaram. Onlar uğur qazanmağım üçün canfəşanlıq etdilər. Son 215 metrdə əlimdən gələni etdim ki, məsafəni daraldım”.

Təmsilçimiz, üçün yerə sahib çıxan "Synergy Baku"nun üzvü Maksim Averin isə qazandığı nəticədən razılığını ifadə edib: “Hədəfimizə çatdıq. Podiuma çıxıb, mükafatlardan birini qazandq. Komanda yoldaşlarıma təşəkkür edirəm. Ilk pozisiyadan əlimizdən gələni edirdik”.

"Synergy Baku"nun digər təmsilçisi Elçin Əsədov isə dağ yarışlarında ən yaxşı nəticə göstərən idmançı kimi yaşıl maykaya sahib çıxıb. Elçin Əsədov dağlar kralı köynəyini geyməsi haqda bunları söyləyib: “Komanda yoldaşlarıma təşəkkür edirəm. Əvvəldən də planımız belə idi, dağ maykasını geyim. Eləcə də Maksimin podiuma çıxmasını planlaşdırırdıq. Hər şey istədiyimiz kimi keçdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31