29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

"Bakı-2015"in məşəli Şirvanda

Mayın 5-də Neftçala rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirilib. Rayon sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Futbolxeber.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.

Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul edib.

Sonra Bayraq meydanından Heydər Əliyev prospekti, Naxçıvan və M.Ə.Rəsulzadə küçələri boyunca məşəl yürüşü başlandı. 3,8 kilometr məsafə qət edən 10 idmançı növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev meydanına gətiriblər.

Meydana toplaşanların alqışları altında səhnəyə qalxan Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. 16 yaşlı karate üzrə dünya və Avropa çempionu Fərid Abbasov Avropa Oyunlarının çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verib.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Şəhər sakinləri birinci Avropa Oyunlarının məşəlinin Şirvana səfərini böyük sevinclə qarşılayıblar. Şirvan şəhər veteranlar şurasının sədri Musa Quliyev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: "Bu gün bütün şirvanlılar kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarının məşəli şəhərimizdə şölələndi. Bu, tarixi hadisədir. Dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzdan, onun güclü dövlət olmasından xəbər verir. Bəli, Azərbaycan güclü dövlətdir. Həyatımızın bütün sahələrində qazanılan uğurlar bunu aydın göstərir. İnanıram ki, belə tədbirlər yaxın vaxtlarda düşmən tapdağı altında qalan torpaqlarımızda da keçiriləcək”.

Hərbi müəllim Təbriz Həşimov da söhbətə qoşularaq əlamətdar hadisə - birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırıb, idmançılarımızın bu mötəbər yarışlarda da uğur qazanacağına əminliyini ifadə edib.

Birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul rayonuna yola salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31