25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Xəzər adaları”nın baş məşqçisi: “Ürəyim doludu, ancaq söz vermişəm ki danışmayacağam”

“Meydanda gərgin mübarizə getdi. Deyərdim ki, biz rəqiblə müqayisədə bir qədər üstün idik”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Xəzər adaları”nın baş məşqçisi Elnur Qəmbərov deyib.

Futzal üzrə ölkə çempionatının növbəti turu çərçivəsində “Fənər”ə 3:4 hesabı ilə uduzduqları oyunu şərh edən Qəmbərov, məğlubiyyətə baxmayaraq, çempion olacaqlarına inandığını bildirib: “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Ürəyim doludu, ancaq söz vermişəm ki danışmayacağam. Rəqib qapıçı bizim komandanın üzvünü vurur. Hakim isə bizim oyunçuya sarı vərəqə göstərir. Niyə? İndi rəqibdən turnir cədvəlində 5 xal irəlidəyik. Bugünki oyunda xeyli qol şansımız olsa da, yararlana bilmədik. İdmandı, hər şey olur. Bu oyunda 3 metrdən qapıya düşə bilməyən oyunçu, 20 metrdən qol vurdu. Qapıçımız bir neçə epizodda inamlı təsir bağışlasa da, sona yaxın qolunun altından top buraxdı. Həmin səhvi ona yaraşdırmadım. İndi qarşıdakı oyunları düşünməliyik. İnanıram ki, növbəti oyunlarda qələbə qazanmaqla çempionluğu təmin edəcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30