29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Maqnus Karlsen ShamkirChess2015-in qalibi oldu

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 şahmat üzrə superturnirə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Synergy Group-un sponsorluğuyla baş tutan yarışın qalibi norveçli qrossmeyster Maqnus Karlsen olub. Hazırkı dünya çempionu 9 turdan 7 xal toplamaqla bütün həmkarlarını qabaqlayıb. 5 görüşdə qələbə qazanan Karlsen 4 partiyada sülhə razılaşıb. Şəmkirdə yüksək ustalıq nümayiş etdirən dünya çempionu məğlubiyyət acısı yaşamayan iki şahmatçıdan biri olub. Bununla da Maqnus Karlsen Vüqar Həşimovun Memorialının ikiqat qalibi kimi tarixə düşüb.

Turnirdə ikinci yerə sabiq dünya çempionu Vişvanatan Anand çıxdı. 3 qələbə və 6 heç-heçə sayəsində 6 xal toplayan hindistanlı şahmatçı 9 tur ərzində məğlub olmayıb. Anand yarışın qalibi Maqnus Karlsendən 1 xal geri qalmaqla ikinci yerə layiq görülüb. ABŞ təmsilçisi Uesli So və İtaliya şahmatçısı Fabiano Karuana müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Sabiq dünya çempionu Vladimir Kramniklə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 5-6-cı yerlərdə qərarlaşıb. Ən az xal toplayan Aniş Giri (Hollandiya), Rauf Məmmədov (Azərbaycan), Maksim Vaşye-Laqrav (Fransa) və Mayksl Adams (İngiltərə) 7-10-cu pillələri tutub.

Mükafatlandırma mərasimində yarışın qalibi norveçli Maqnus Karlsenə kubok təqdim olunub. Reqlamentə əsasən dünya çempionu 30 min avro mükafat qazanıb. İkinci yerin sahibi Vişvanatan Anand 20, ilk üçlükdə qərarlaşan Uesli So 15 min avroya sahib çıxıb.

Qeyd edək ki, Synergy Group tərəfindən ardıcıl ikinci dəfə təşkil edilən Vüqar Həşimov Memorialının ümumi mükafat fondu 100 min avro təşkil edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31