26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Synergy Baku”nun velosipedçisi Fransa turunda qalib oldu!

Fransada keçirilən 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprel ayının 26-da keçirilən 172 km-lik 2-ci mərhələsi “Synergy Baku”nun velosipedçisi Matey Müqerlinin qələbəsi ilə başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finiş xəttini birinci keçib. Digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.

“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” - deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb. “Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış edən sloveniyalı idmançı Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30