25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “O, bizə başağrısı olub”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin VI turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb. Futbolxeber.az-ın məlumatına görə, qara fiqurlarla mübarizə aparan Şəhriyar partiyadan sonra mətbuat konfransında suallara cavab verib: "Uesli Soya qarşı mübarizə aparmaq asan deyil. So çoxlarına tanış olmayan şahmatçıdır. Son bir il ərzində yüksək oyun göstərməklə reytinqini artırıb. Sonun oyunu hamıya bəlli deyil. Bu mənada onun oyunu turnirin kəşfidir. Lider olacağını gözləmirdik. Qısa zamanda özünü doğrultmaqla, bizə başağrısı olub. Qara fiqurlarla heç-heçə oynamaq yaxşı nəticədir".

Əslən Fillipindən olan Uesli So nəticədən razı qaldığını deyib: "Vişvanatan Ananda qarşı partiyanı tez unutmaq istəyirəm. Xoşagəlməz anlarla yadda qaldı. Elə məğlubiyyətlə adama təsir edir. Bu gün Şəhriyara qarşı çətin oyun oldu. Yaxşı şahmatçıdır. Sona qədər risk etməyi sevir. Heç-heçədən razıyam. Çünki, rəqib rahat oynamağa imkan vermədi. Son 3 turda qələbə qazanmağa çalışacam. Turnirin qalibi olmağa şansım az da olsa var. Ona görə mübarizə aparmaq lazımdır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30