Digər idman növləri
“Tour d’Azerbaidjan-2015”in Təşkilat Komitəsinin iclası keçirilib
Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu İdarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutu üzərindəki rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının nümayəndələri və veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib.
İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyinə həsr olunan 5 mərhələdən ibarət "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 6-da start götürəcək "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.
Təşkilat Komitəsinin sədri qeyd edib ki, bu mərhələlərdən üçü dəyişilməz qalıb. Turun 4-cü və 5-ci mərhələlərinin marşrutları isə dəyişdirilib ki, bu da iyunda təşkil olunacaq Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Belə ki, Oyunlara 1 ay qalmış dünya idman ictimaiyyətinin diqqətini avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərinə də cəlb etmək və Avropa Oyunları zamanı Bakıda nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məqsədilə veloturun 5-ci, Bakı mərhələsinin də marşrutu Oyunların Təşkilat Komitəsinin xahişinə uyğun olaraq müəyyən edilib.
Sahib Ələkbərovun sözlərinə görə, “Tour d’Azerbaidjan” yarışında 24 ölkədən 25 kollektivin iştirakı təqdiqlənib ki, onlardan da 4-ü pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Federasiya rəsmisi “Eurosport” kanalı tərəfindən 3, “İdman Azərbaycan” kanalı vasitəsilə 5 mərhələsi canlı yayımlanacaq velotur vasitəsilə Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunun bütün dünyaya nümayiş etdiriləcəyini də vurğulayıb.
İclasda “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. İclasda Prezident Administrasiyasının Humanitar-Siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarov da iştirak edib.
Onu da qeyd edək ki, “Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplaya biləcəklər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- “Qarabağ”ın çəkisi çox ağırdır”
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
-
00:24
Ronaldodan tarixi göstərici
-
00:01
Portuqaliya - Konqo matçının ən yaxşısı o seçildi
-
19:15
"Qarabağ"dan daha bir transfer
-
18:37
Türam İngiltərə klubunun təklifini geri çevirdi
-
18:00
"Şəfa"da yeni müqavilə
-
17:43
Qaxda 184 yeniyetmə cüdoçunun iştirakı ilə region birinciliyi keçiriləcək
-
16:52
Holand bunu bacaran ilk norveçli oldu
-
16:26
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin rəqibləri bilindi
-
15:44
Deşam: “Mbappe dünya çempionatında qol vurmaq istəyir, yoxlama oyunlarında yox”
-
15:31
"Qarabağ" Medinanın gedişini açıqladı
-
15:08
Avroliqa: "Qarabağ"ın ikinci mərhələdəki potensial rəqibi bilindi
-
14:29
Messi dünya çempionatlarında het-trik edən dördüncü argentinalı oldu
-
14:17
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
-
13:53
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
-
13:35
Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçumuz mübarizə aparacaq
-
13:19
Sınmaq yox, daha güclü olmaq lazımdır...
-
12:43
Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək
-
12:20
Oloxan Musayev Tunis Qran-prisində gümüş medal qazanıb
-
12:06
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
-
11:54
"Araz-Naxçıvan"da yeni müqavilə
-
11:32
Norveç millisi İraqa şans tanımadı VİDEO
-
11:18
Cəlal Rumıniya klubunda
-
10:39
Fransadan DÇ-20226-ya uğurlu start VİDEO
-
10:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:07
Messinin het-triki Argentinaya qələbə qazandırdı VİDEO
-
09:43
Sadıqov püşkü dəyərləndirdi
-
22:00
“Neftçi” Sloveniyaya gedir
-
21:36
"Sumqayıt" 7 ildən sonra onunla yolları ayırır
-
20:54
Qurban Qurbanov: “Həddindən artıq ciddi olmalıyıq”
-
20:27
Lobato rəsmən "Qarabağ"da
-
20:09
"Zirə"nin də rəqibi müəyyənləşdi
-
19:42
Vaxt “Kəpəz”in əleyhinə işləyir...
-
19:11
"Qarabağ"ın rəqibi bəlli oldu
-
18:23
“Şahdağ Qusar” millimizin müdafiəçisini transfer etdi
-
18:08
ÇL: "Sabah"ın püşkdə bəxti gətirdi
-
18:00
Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
-
17:35
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
-
16:56
Cavid Hüseynov: "Asan olmayacaq"
-
16:14
Gənc cüdoçularımız Krasnoyarskda 3 medal qazanıblar
-
15:27
"Gəncə" üç voleybolçu ilə yolları ayırıb
-
15:02
Cavid Hüseynov rəsmən “Araz-Naxçıvan”da
-
14:49
Alman müdafiəçi daha bir il “Real”da
-
13:58
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
-
13:31
Əvəzedicilər Liqasının bombardiri mükafatlandırıldı
-
13:13
“Zirə” kapitanı ilə yeni müqavilə imzaladı
-
13:00
Elnur Cəfərovla yola davam
-
12:25
İran - Yeni Zelandiya matçında 4 qol VİDEO
-
11:46
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
-
11:14
Klublarımızın avrokuboklardakı mümkün rəqiblərinin sayı azaldı
-
11:07
Ozan Can Kökçü Türkiyə klubunda
18.06.2026
17.06.2026
16.06.2026























