3 Yanvar 2026, Şənbə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Digər idman növləri

Şəmkir şahmat üzrə superturnirə hazırdı

16-26 aprel tarixlərində mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” superturniri üçün bütün hazırlıq işləri başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, artıq dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand Şəmkir şəhərindədir. 

Xatırladaq ki, Şəmkir şəhərində təşkil olunan mötəbər yarışda dünyanın aparıcı qrossmeysterləri hazırkı dünya çempionu  - Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar. 

Tədbir Şəmkir şəhərində yerləşən Heydər Əliyev mərkəzində təşkil olunacaq. Super-turniri canlı olaraq www.shamkirchess.az veb səhifəsindən və ya mərkəzdən izləmək olar. Bütün oyunlar azərbaycan, rus və inglis dillərində şərh olunacaq. 

"Synergy Group"un təşkilatçılığıyla baş tutan turnirin açılış mərasimi aprelin 16-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Yarışın ilk turu aprelin 17-də saat 15-də start götürəcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31